“Fəhlə əlləri” parkında yenidənqurma işləri həyata keçirilib - FOTO

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 20-ci yaşayış sahəsində yerləşən “Fəhlə əlləri” parkında yenidənqurma işləri həyata keçirilib.
İcra Hakimiyyətindən verilən məlumata görə, 1978-ci ildə neftçilərin və bütövlükdə Bakı əhalisinin istifadəsinə verilən “Fəhlə əlləri” parkı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb.
Parkda Azərbaycan neftçilərinin şərəfinə ucaldılan möhtəşəm abidənin müəllifləri Sirus Mirzəzadə, Rəşid Heydərzadə, Arif Ələsgərov və Elxan Tahirovdur.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Səbail rayonunda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanların isə yenidən qurulması diqqətdən kənarda qalmır.
Bu sahədə həyata keçirilən işlər çərçivəsində dekabrın 30-da Səbail rayonu, 20-ci yaşayış sahəsi, Arif İsmayılov küçəsində yerləşən “Fəhlə əlləri” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib.
Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən “Fəhlə əlləri” parkı, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən parkda aparılan yenidənqurma işlərinə cari ilin əvvəlindən başlanılıb, layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib və 2800 kv.metr ərazidə geniş abadlıq işləri həyata keçirilib. Burada 10 metr hündürlüyündə “Fəhlə əlləri” abidəsi rəssamlar tərəfindən yenilənərək bərpa olunub.
Eyni zamanda, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq parkda onlar üçün xüsusi guşələr yaradılıb.
Əhalinin istirahəti üçün bir ədəd ümumi sahəsi 115 kv.metr olan söhbətgah quraşdırılıb və yeni oturacaqlar qoyulmuş, uşaq meydançaları salınmış və burada uşaq əyləncə və idman qurğuları quraşdırılıb.
Parkda 1250 kv.metr ərazidə yaşıllıqlar salınıb, o cümlədən 145 ədəd müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilmiş və müasir işıqlandırma sistemi ilə təchiz edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












