Gədəbəyin Qız qalasına ilk dəfə avtomobil yolu çəkilir

Gədəbəy rayonunda yerləşən və tarixçi mütəxəssislər tərəfindən təxminən 9-cu əsrə aid edilən Qız qalasının turizm əhəmiyyəti nəzərə alınaraq, turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün qalaya avtomobil yolu çəkilir.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə inşa edilən yolun ümumi uzunluğu təxminən 10-12 kilometrdir. İnşasına mayın 20-dən başlanılan avtomobil yolunun iyun ayının sonunadək yekunlaşdırılması planlaşdırılıb.
Xatırladaq ki, ölkə əhəmiyyətli möhtəşəm memarlıq abidəsi olan Qız qalası Şəmkir çayı ilə Mis çayının kəsişməsində, sıx meşəliyin ortasında, sıldırım qayalığın zirvəsində yerləşir. Müdafiə xarakterli tarixi abidənin unikallığı ondadır ki, ətrafda kərpic hazırlanması üçün heç bir xammal mənbəyinin olmamasına, yaxud kərpic bişirilən emalatxanaya rast gəlinməməsinə baxmayaraq, Qız qalası kimi möhtəşəm abidə bişmiş qırımız kərpicdən inşa edilib. Abidəyə aparan yollar sıx meşəliyin içərisindən və kol-koslu dağ çığırlarından keçir. Buna baxmayaraq, qalanın bürclərindən və mazğallarından baxdıqda ətrafa olduqca əsrarəngiz və füsunklar mənzərə açılır.
Qeyd edək ki, Gədəbəy rayonununda yerləşən və 4-cü əsrə aid edilən ölkə əhəmiyyətli digər tarixi memarlıq abidəsi Mahrasa məbədi də Şəmkir çayının sahilində, hazırda Qız qalasına çəkilən avtomobil yolunun yaxınlığında yerləşir.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO















