“Google” passiv istifadəçilərin hesablarını silməyə başlayacaq

Bir müddət əvvəl "Google" şirkəti "Google Photos" xidmətində yerləşdirilmiş şəkillər üçün məhdudiyyətsiz bulud saxlanc sisteminin təqdim edilməsi siyasətindən imtina etmişdi. Yenilik 2021-ci ilin yayından tətbiq ediləcək. Bundan başqa, 2021-ci ilin yayından şirkət 2 ildən çox istifadə edilməyən "Gmail", "Google Drive" və ya "Google Photos" hesablarının silinməsi qaydasını tətbiq edəcək.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, hesabınızın silinməməsi üçün vaxtaşırı ondan istifadə etmək lazımdır. Bu halda istifadəçi onun hesabı üçün ayrılmış 15 QB-lıq limit həddini keçərsə və 2 il müddətində əlavə disk sahəsi üçün ödəniş etməsə, axtarış nəhəngi yuxarıda göstərilən xidmətlərdəki məzmunu silmək hüququna malik olacaq.
Qeyd etmək lazımdır ki, şirkət hesabı silməzdən öncə onun sahibinə öz niyyəti haqqında bildirəcək. Xəbərdarlıq elektron poçta məktub şəklində göndəriləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












