“Google” şirkəti “Android 12” mobil əməliyyat sistemini elan edib

"Google" şirkəti tərtibatçılar üçün "Google I/O" konfransı çərçivəsində "Android 12" mobil əməliyyat sistemini rəsmən elan edib.
Təxmin edildiyi kimi, "Android 12" sistemi tamamilə yenilənmiş dizayn əldə edib. "Material You" adlı yeni dizayn-kodun "Google"un bütün xidmət və məhsullarında istifadəsi planlaşdırılır.
Avtosfer.Az ictnews.az-a istinadən bildirir ki, tərtibatçılar əməliyyat sisteminin yenidən dizaynı çərçivəsində bütün ikonka və bildirişlərin tərtibatını, həmçinin əsas rəngləri dəyişdiriblər və sistem animasiyalarını daha hərəkətli ediblər. Həmçinin "Android 12" sistemində dinamik işıqlandırma dəstəyi əlçatan olub - o, istifadəçinin hərəkətlərindən asılı olaraq dəyişəcək. Divar kağızlarının dəyişdirilməsi vaxtı sistem divar kağızlarından dominant və əlavə rəngləri avtomatik əldə edərək düymə, sürgü və başqa sistem obyektlərinə tətbiq edəcək.
Funksional dəyişikliklərə gəlincə, "Android 12"də kamera və mikrofondan istifadə vaxtı sistem ekranın sağ tərəfində yaşıl işarə göstərəcək. Mobil tətbiq kamera və ya mikrofondan istifadə üçün icazə tələb edirsə, istifadəçi isə bunu qadağan edirsə, onda sistem proqrama qara rəngli ekran və ya səssizlik göndərəcək, amma işə salınmış proqram işləməyə davam edəcək. Yeni məxfilik paneli mobil tətbiqin son 24 saat ərzində kamera, mikrofon və qurğunun yeri haqqında məlumatlara müraciət sayını öyrənməyə imkan verir. Həmçinin istifadəçinin olduğu yerlə əlaqədar sorğu edildikdə sistem dəqiq deyil, təxmini koordinatları ötürə biləcək.
"Android 12" mobil əməliyyat sisteminin ilk beta-versiyası artıq mayın 18-də istifadəçilərə əlçatan olacaq, sistemin rəsmi təqdimatı isə payıza planlaşdırılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












