Göyçayda şəhidlərin adının verildiyi küçələrin açılışı olub

Qarabağın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş polkovnik Babək Səmidli, polkovnik-leytenant Vidadi Xəlilov və əsgər Tərlan İsmayılovun adları verilən küçələrin əsaslı təmirdən sonra açılışı olub.
APA-nın xəbərinə görə bu münasibətlə keçirilən tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak edib.
Məlumat verilib ki, şəhidlərin adı verilən küçələrə yeni asfalt örtüyü döşənib, səkilər qoyulub, ətrafı abadlaşdırılıb. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göyçay şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.
Qeyd edək ki, şəhidlərin adları verilmiş küçələrə xatirə lövhəsini övladları asıb.














Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












