"Harley-Davidson" işçilərin 13%-ni ixtisar edəcək

ABŞ-ın "Harley-Davidson" şirkəti ilin sonunadək 700 nəfər və ya işçi heyətinin təxminən 13%-ni ixtisar edəcəyi barədə qərar qəbul edib.
Avtosfer.az-ın "Wall Street Journal"a istinadən verdiyi məlumata görə, bu qərar COVID-19 pandemiyası ilə əlaqədar xərclərin azaldılması ilə izah edilir. Nəşr qeyd edir ki, "Harley-Davidson"dakı problemlər mövcud böhrandan xeyli əvvəl başlayıb. Belə ki, şirkətin ABŞ bazarında satışları son bir neçə il azalmaqda davam edir. Bu da rəhbərlikdə kadr dəyişikliyinə səbəb olub. Belə ki, cari ilin əvvəlində "Harley-Davidson"un baş direktoru Mett Levatiçi əvvəllər Almaniyanın "Puma" şirkətinə rəhbərlik edən Yohen Zelts əvəz edib. Onun rəhbərliyi altında zavodlar yenidən açılsa da, karantin səbəbindən istehsal dayandırılıb. Bundan başqa, "Harley-Davidson" gənclərə istiqamətlənən yeni modellərin buraxılışını da təxirə salıb.
Dəyişikliklər şirkətin maliyyə şöbəsinə təsir edib. Belə ki, şöbəyə rəhbərlik edən Con Olin şirkəti tərk edib. Onu vitse-prezident Darrell Tomas əvəzləyib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın digər tanınmış şirkətləri də işçilərin ixtisar edəcəyini bildirib. Onların sırasında "United Airlines", "Levi Strauss" və "Wallgreens Boots" yer alıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












