Heydər Əliyev prospektində sürət həddi həmişəlik endirildi - FOTO

Yanvarın 17-dən etibarən Heydər Əliyev prospekti- (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) Mərdəkan-Zaqulba və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib. Dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi 110 km/saat müyyən edilib. Avtosfer.az xəbər verir ki, bununla əlaqədar digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənir. Belə ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Bu gündən sürət hədlərinin endirilməsi təmin olunub.
Qeyd edək ki, indiyədək Heydər Əliyev prospektində sürət həddi 120 km/saat idi.
Bakı Nəqliyyat Agentliyi sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















