“Huawei” elektromobillərlə məşğul olacaq şirkət yaradıb

“Huawei” korporasiyası elektromobillər və onlarla əlaqədar obyektlərə aid yeni texnologiyaların tədqiqi və hazırlanması ilə məşğul olacaq “Huawei Digital Energy Technology Co Ltd” adlı yeni elmi tədqiqat şirkəti təsis edib.
“Huawei Digital Energy Technology Co Ltd” yeni enerji texnologiyaları, enerji bərpa sistemləri, elektromexanik rabitə sistemləri, yeni batareyalar və s. sahələrdə tədqiqat və işləmələrin təşkili üzərində çalışacaq. Şirkət 100 faiz “Huawei Technologies” tərəfindən idarə olunur və təxminən yarım milyard dollarlıq qeydiyyata alınmış kapitala malikdir.
“Huawei” korporasiyası “Huawei Digital Energy Technology Co Ltd” şirkətini diqqəti karbon neytrallığı nailiyyətlərinə yönəltmək məqsədilə təsis edib. Müxtəlif nəhəng texnoloji şirkətlər dünyanın getdikcə böyük şirkətlərin karbon izlərinin təsirinə daha çox məruz qalmasına görə ekoloji səbəblər baxımından karbon tullantılarının azaldılması üzərində çalışırlar. Bundan başqa, bu yaxınlarda yaradılan şirkət korporasiyanın avtomobil bazarında fəaliyyətinin genişləndirilməsi ilə bağlı planlarında növbəti addımdır.
“Huawei” digər avtomobil istehsalçıları və istehlakçılar üçün müxtəlif avadanlıq və proqram təminatı buraxır. İndi korporasiya elektromobillərlə əlaqədar zavodların yaradılması üzərində çalışır və bazara yeni texnologiyalar təklif etmək üçün tədqiqat və işləmələrlə məşğul olur./“ICTnews”
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












