İki küçənin kəsişməsinə piyadalar üçün işıqfor quraşdırıldı - FOTO

Hövsan qəsəbəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, İlqar Əhlimanov ilə Hafiz Quliyev küçələrinin kəsişməsində piyadaların təhlükəsizliyinin və nəqliyyat vasitələrinin növbəliliyinin təmin edilməsi məqsədilə işıqfor quraşdırılıb.
Qeyd olunan ərazi sıx məskunlaşma zonası hesab edilir. Həmçinin, ətrafda üç orta məktəb binası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölməsi yerləşir.
İşıqfor obyektlərinin quraşdırılması nəticəsində kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yerləşən məktəblər, o cümlədən sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub.
Hazırda bir sıra ehtiyac olan ərazilərdə də bu kimi nizamlanan yolayrıcları və eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.
Nərmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














