Azərbaycanın iri dövlət şirkətləri yeni Holdinqin tabeliyinə verildi - SIYAHI

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiqlənib.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilib.
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
- “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
- “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
- “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
- “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
- “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
- “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
- “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:
- “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
- “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
- “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
- “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
- “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti
- Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.
Siyahıda göstərilmiş dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin idarə olunması ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin dövlət müəssisələri idarəetməyə verildiyi gündən AİH-ə keçir.
AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
- ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına
- idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına
- qanunla qadağan olunmayan digər mənbələrdən.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Eləcə də Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması 3 ay müddətində təmin edilməli və Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir. Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlayacaq və bunun icrası barədə 5 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Maliyyə Nazirliyi isə AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi üçün tələb olunan vəsaiti bu fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutmalıdır.
Siyahıda göstərilmiş dövlət müəssisələri idarəetməyə verilənədək mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini 2 ay müddətində AİH-ə təqdim etməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










