İstanbulun mərkəzi küçələrindən birinə Azərbaycan adı verilib - FOTO

Türkiyənin İstanbul şəhərinin tarixi və mərkəzi küçələrindən birinə Azərbaycan adı verilib. Bu barədə Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğundan məlumat verilib.
Bildirilib ki, Baş konsulluğun təklifi və təşəbbüsü əsasında şəhərin Sarıyer Bələdiyyə Məclisinin müvafiq qərarı ilə, bələdiyyə ərazisindən keçən tarixi və mərkəzi küçələrdən sayılan “Cendere” küçəsi “Azərbaycan” adını daşıyacaq. “Sarıyer Bələdiyyə Məclisi tərəfindən verilən qərar rəsmi prosedurların yekunlaşdırılması məqsədilə İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin cari ilin 13 iyul tarixində keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.
Məlumat üçün bildirək ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan və heykəlinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir və Ulu Öndər Heydər Əliyevin doğum və vəfat tarixləri İstanbuldakı Baş konsulluğun təşəbbüsü əsasında bələdiyyənin cari protokol tədbirləri təqviminə daxil edilib”, - deyə məlumatda qeyd olunub. (APA)



Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












