İtaliyada yeni avtomobil körpüsünün açılışı olub

İtaliyanın Genuya şəhərində 14 avqust 2018-ci ildə çökən Morandi körpüsünün yerində inşa edilən yeni San-Corcio viadukunun açılış mərasimi keçirilib.
Tədbirdə İtaliya Prezidenti Sercio Mattarella, baş nazir Cüzeppe Konte, Genuya bələdiyyə başçısı Marko Buççi, Liqurianın valisi Covanni Toti, yeni viyadukunun inşasına nəzarət edən memar Renzo Piano, eləcə də bir çox digər siyasi və ictimai xadimlər iştirak edib.
Açılış mərasimi dövlət himninin səslənməsi ilə başlayıb, daha sonra körpünün uçması nəticəsində həlak olan 43 nəfərin adları oxunub və ardından bir dəqiqəlik sükut elan edilib.
Xatırladaq ki, 14 Avqust 2018-ci ildə Genuyada A10 ekspress yolunun (Genoa - Savona, E80 Avropa marşrutu) hissəsi olan körpünün bir tərəfi çöküb. Dağıntı zamanı onun üzərində 30-dan çox maşın və üç yük maşını olub. Faciə nəticəsində 43 nəfər ölüb, yüzlərlə insan evlərini itirib. (Trend)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












