Koronavirus testlərində yanlış cavabların səbəbləri açıqlandı

Koronavirus testindən əvvəl pasiyentlərə su içmək, siqaret çəkmək və burnu silmək olmaz. Eyni zamanda laboratoriya üçün qaydalar var: həkimlər test üçün vaxtı düzgün seçməli və proseduru izləməlidirlər.
RBK-nın məlumatına görə, bu barədə rusiyalı həkim virusoloqlar COVID-19 testi zamanı səhv cavabların səbəbini açıqlayarkən danışıblar.
“Tvoy Doktor” klinikasının terapevti və baş həkimi Tatnana Romanenko prosedurun hansı şərtlərdə faydasız ola biləcəyindən danışıb. Onun sözlərinə görə, müəyyən qaydalara riayət edilməsə - burun keçidlərində kifayət qədər dərindən nümunə götürülməyibsə, yaxud xəstə əvvəllər burnunu silmiş, yumuşsa, o zaman testin cavabı səhv ola bilər. Həmçinin boğazdan yaxma götürülməzdən əvvəl xəstə ağzını antiseptik məhlulla yaxalamamalı və yemək yeməməlidir.
Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) Yoluxucu Xəstəliklər şobəsinin müdiri Qalina Kojevnikova da testdən üç saat əvvəl yemək, içmək və dişləri yumağın qadağan olduğunu bildirib.
“Bunu edərsə, heç bir patogen tapılmayacaq”, - deyə o vurğulayıb.
Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru, virusoloq Aleksey Aqranovski nümunələrin özlərinin hazırlanma keyfiyyətinin test nəticələrini təsir edə biləcəyini deyib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












