Lənkəranda daxili yollar asfaltlaşdırılır - VİDEO
Yeniliklər
1 İyun 2020 14:24

Görülən işlər 2020-ci ilin büdcə vəsaitləri hesabına həyata keçirilir
Lənkəran və Liman şəhərləri ərazisində bir neçə gündür ki, daxili yolların təmir-bərpa işlərinə başlanılıb. Ümumi uzunluğu 4,6 km olmaqla 8 küçədə yollara 25 000 kv.metr isti asfalt döşənilməsi işləri aparılır. Görülən işlər 2020-ci ilin büdcə vəsaitləri hesabına həyata keçirilir.
Əsaslı şəkildə təmir olunacaq küçələrdə qabaqcadan texnikaların köməyi ilə torpaqlama işləri aparılıb. Yolların yataq hissəsinə çınqıl döşənilərək torpaq kipləşdirilib. Aparılan təmir-tikinti işləri çərçivəsində əvvəllər asfalt örtüyü olan və sıradan çıxan hissələrində köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək hamarlanır. Daha sonra yeni asfalt-beton örtüyü döşənir. Hazırda bu iş davam etdirilir. Yolların təmirini Lənkəran Yol Tikinti ASC həyata keçirir.
Uzun illərdən bəri mövcud olan yol problemlərinin aradan qaldırılması sakinlərin ürəyincə olub. Sakinlərdən Xamməd Əbilov, Əli Abidov, Fərid Heydərov və digərləri rayon rəhbərliyi tərəfindən yaşadıqları küçənin əsaslı təmir olunmasına rayon büdcəsindən vəsaitin ayrılmasına görə, xüsusilə də ölkədə aparılan tikinti-quruculuq işlərinə, həyata keçirilən Dövlət Proqramlarının təşəbbüskarı kimi cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Şəhərin 28 may küçəsində aparılan təmir-bərpa işlərinin vəziyyəti ilə yerində tanış olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşov məhəllə sakinləri ilə görüşüb, onların təkliflərini dinləyib. Sakinlər kanalizasiya xətlərinin də əsaslı şəkildə yenidən qurulması icra başçısından xahiş ediblər.
İcra başçısı COVİD-19 pandemiyası dövründə bütün dünya iqtisadiyyatında geriləmə olduğu bir vaxtda ölkəmizdə sosial layihələrin icrasının davam etdirildiyini qeyd edib.
Bildirib ki, ölkə başçısı vətəndaşların soaial rifahının təmin olunması ilə yanaşı onların sağlamlıqlarının da qayğısına qalır. Eyni zamanda vətəndaşların da karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməsi, tibbi-mühafizə vasitələrindən istifadə ediməsini, təmas məsafəsinin gözlənilməsinin vacibliyi mühüm şərtdir. İcra başçısı sakinləri bütün bunlara riayət etməyə çağırıb.
Oxunub : 1636
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












