Məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazı və cihaza qulluq qaydası MM-də nümayiş olunub

Milli Məclisdə bir sıra məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazı və cihaza qulluq qaydası nümayiş etdirilib.
Bu barədə bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda ikinci oxunuşda müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi barədə təqdimatla çıxış edən millət vəkili Kamal Cəfərov məlumat verib.
Cihazı nümayiş etdirən K. Cəfərov deyib ki, cihaz məhbusun barmaq izi ilə 4 saatlıq işə salınır. Cihazı gün ərzində bir dəfə bir saat elektrik enerjisi ilə təmin etmək üçün müvafiq avadanlıq da nümayiş olunub: “Cihaza qulluq da yalnız bundan, yəni gündə bir dəfə elektrik enerjisi ilə doldurulmasından ibarətdir”.
Qeyd edək ki, qanun layihəsinin birinci oxunuşda parlamentdə müzakirəsi zamanı cihazlara qulluğun necə həyata keçiriləcəyi barədə məsələ qaldırılmışdı. (APA)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












