Müasir görkəmli piyada keçidi istifadəyə veriləcək - FOTO

Öz fəaliyyətini müasir tələblər səviyyəsində quran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) respublikanın yol infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində gördüyü ardıcıl tədbirləri bu gün də davam etdirməkdədir.
AAYDA-dən Avtosfer.az-a verilən məlumata görə, agentlik Bakı şəhərində və Abşeron yarımadasında olan küçə və prospektlərdə, avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədi ilə intensiz hərəkətin olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına da xüsusi diqqət yetirir.
Müasir texnologiyalar əsasında yüksək zövqlə inşa olunan keçidlər piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəraitdə küçməyini təmin etməklə yanaşı, özünün memarlıq elementləri və müasir görkəmi ilə paytaxtın simasına da gözəllik qatır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında hazırlanan daha bir layihə yekunlaşmaq üzrədir. Belə ki, Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi artıq sona çatır.
Xatırladaq ki, bu ərazidə, yolun hər iki tərəfində yaşayış binaları, sosial və iaşə obyektləri mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcəkdir.
Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.5 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və şüşə örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.
Qeyd edək ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.
Hazırda ərazidə binanın mühəndis şəbəkələri ilə təminatı, abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilir. Yaxın günlərdə yeni yerüstü piyada keçidinin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.
Namiq Musayev















Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












