Müdafiə Nazirliyində iki istehkamçı tabor yaradılır

"Eyni zamanda, mən göstəriş vermişəm ki, Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılsın. Dünən müdafiə naziri mənə məlumat vermişdir ki, bu sahədə işlər gedir".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
"Eyni zamanda, Türkiyədən bildiyiniz kimi, 130 nəfərdən ibarət böyük heyət gəlmişdir. Onlar həm təlimatçı kimi bizim istehkamçılar üçün treninq keçirirlər, eyni zamanda, özləri də təmizləmə işləri ilə məşğuldurlar. İki gün bundan əvvəl Rusiyadan bir qrup istehkamçı gəlib və artıq onlar da bu fəaliyyətə başlayıblar. Biz bütün xarici tərəfdaşlara dərin təşəkkürümüzü bildiririk. Çünki bu ərazilərin bərpası üçün başlıca vəzifə minalardan təmizləmədir. Bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır", - dövlət başçısı bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












