Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulmasına başlanılıb - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulmasına başlayıb.
Bu barədə Avtosfer.az-a qurumdan bildirilib.
Məlumata görə, yolun layihəsi bu il iyulun 29-da İsmayıllı rayonunun Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun açılışında Prezident İlham Əliyevə təqdim olunub. Yol paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Mürəkkəb relyef şəraitində tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli gillicə qruntlarının üstünlük təşkil etdiyi dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir. Hər il uzunluğu 40 km olan bu yolu sürüşmələrdən qorumaq üçün təmir-tikinti işləri aparılmasına, yol uçqunlarının təmizlənməsi və həmin hissələrin yenidən bərpası, qabion divarlarının inşası və s.tədbirlərə baxmayaraq, yolda müəyyən problemlər yaranır. Məhz bu səbəbdən Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verib.

Respublikanın mühüm turizm bölgələrinə gedən, ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib. Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76,6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.Trassa üzərində 8 ədəd körpü vardır. Bunlardan 5 ədəd mövcud körpü 4 zolağa uyğun genişləndiriləcək , 3 ədəd körpü trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikiləcək.
Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:
- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;
- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;
- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;
- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;
- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;
- Regionda turizmin inkişafı.


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












