Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub - YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib.
Avtosfer.az-ın məlumatına görə, dövlət başçısına yeni uçuş-enmə zolağı ilə bağlı görülən işlər barədə məlumat verilib.
Qeyd edilib ki, zolağın ümumi uzunluğu 3300, eni 60 metrdir. Yükgötürmə qabiliyyəti 400 ton olan zolağın salınması zamanı yerli iqlim şəraiti və beynəlxalq tələblər nəzərə alınıb. Uçuş-enmə zolağının naviqasiya və işıqlandırma sistemləri müasir səviyyədə qurulub. Ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, çətin hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşu üçün avtomatlaşdırılmış metereoloji radiolokator quraşdırılıb, radiorabitə vasitələri tamamilə yenilənib. Bu da yerli və beynəlxalq dəhlizlər üzrə hava şəraiti haqqında məlumatların operativ və dəqiq ötürülməsinə imkan verəcək.
11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib.
Avtosfer.az xəbər verir ki, dövlət başçısına yeni uçuş-enmə zolağı ilə bağlı görülən işlər barədə məlumat verilib.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO













