Naxçıvanda elektron taksi xidməti yaradılıb

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində elektron taksi xidmətinin təqdimatı olub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev müasir həyatın taksisiz təsəvvür etməyin mümkün olmadığını deyib. Xüsusən də hər hansı bir уеrə gecikəndə lazımi ünvana vaxtında çatmaq üçün taksi xidmətindən istifadə etməli oluruq. Hazırda Naxçıvan Muxtar Respublikası üzrə 23-ü Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə, 473-ü isə fiziki şəxslərə məxsus olmaqla, ümumilikdə 496 taksi sərnişindaşıma fəaliyyəti göstərir.
Diqqətə çatdırılıb ki, ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində taksi fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması istiqamətində böyük nailiyyətlər əldə olunub. Taksi fəaliyyəti göstərən avtomobillər üçün vahid dizaynın müəyyən edilməsi, sürücülərin vahid geyim forması ilə təmin olunması, avtomobillərin təmizliyinə və texniki vəziyyətinə nəzarətin artırılması bu baxımdan xüsusilə diqqətəlayiqdir. Bu işlərin davamı olaraq, muxtar respublika rəhbərinin tapşırığına əsasən əhaliyə göstərilən taksi xidmətinin səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətin təmin edilməsi məqsədilə innovasiyaya əsaslanan elektron taksi xidməti yaradılıb.
Qeyd olunub ki, mütərəqqi yeniliklərin və innovativ sistemlərin tətbiq edildiyi xidmətin qurulması üçün “BestcompGroup” MMC ilə müqavilə bağlanılıb, 4 kompüter dəsti və server avadanlığı alınıb gətirilib. Proqram təminatının qurulması və avadanlıqların sazlanması işi isə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Elektron taksi xidmətinin köməyi ilə müştərilər əlavə vaxt itirmədən sərfəli qiymətə və rahat şəkildə bütün telefon operatorlarından 288 qısa nömrəsinə zəng etməklə, həmçinin mobil tətbiq vasitəsi ilə taksi sifariş edə bilərlər.
Vurğulanıb ki, taksi operativlik və dəqiqlik tələb edən xidmət sahəsidir. Ona görə də elektron taksi xidməti funksiyasını rahat şəkildə icra edən proqram təminatı hazırlanıb, proqrama tariflər, yol xəritələri, ünvan adları və digər lazımi məlumatlar daxil edilib. Proqram vasitəsilə sifarişin dəyərinin avtomatik hesablanması, sifarişlərin sürücülər arasında paylanması, tariflərin rahat tənzimlənməsi işi həyata keçiriləcək ki, bu da sürücü sərnişin arasında şəffaflığa şərait yaradacaq, sərnişinin etibarlı şəkildə mənzil başına çatdırılmasını təmin edəcək. Gələcəkdə bu sistemə yük maşınlarının və digər xidmətlərin də əlavə olunması nəzərdə tutulub.
Qeyd edək ki, “Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması ilə 9 nəfər işlə təmin olunacaq.
Bu yol ödənişli olacaq - Nazir qərar İMZALADI
Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN










