Nəqliyyat axınına müsbət təsir edən yol yenidən qurulur - FOTO

İki qəsəbələrarası avtomobil yolunu birləşdirərək keçdiyi ərazidə nəqliyyat axınına müsbət təsir edən yolun yenidən qurulması işləri həyata keçirilir. Söhbət Abşeron rayonu, Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsindən gedir. 2 km uzunluğa malik Qara Qarayev küçəsi Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək, həm yol boyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcək.
Sözügedən küçənin əsaslı şəkildə yenidən qurulması Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Qara Qarayev küçəsi Mehdiabad qəsəbəsinin əsas mərkəzi yollarından biri hesab olunur. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan küçənin yol yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlmişdir. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə ərazidə nəqliyyat axınına mənfi təsir göstərirdi. Bundan başqa küçənin səki hissələrinin də sıradan çıxması piyadaların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Hazırda sadalanan problemlərin aradan qaldırılması istiqamətində agentlik təxirəsalınmaz tədbirlər həyata keçirir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış hissələrinə tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Ardınca isə əks-dolğu işləri görülmüş hissələrdə yol əsasının inşası həyata keçirilib. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə olunub.
Küçənin səki hissələri də yenidən qurulub, kənarlarına 4 min paqon-metr yeni səki daşları düzülüb və hərəkət hissəsi yeni asfalt-beton örtüklə örtülüb.
Növbəti mərhələ üzrə artıq küçənin 16 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bunun üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib.
Yaxın günlərdə küçədə təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra küçə zəruri yol nişanları və üfiqi nişanlanma xətləri ilə təmin ediləcək.
Qeyd edək ki, Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə 19,7 milyon manat ayrılıb.
Sərəncama uyğun olaraq, Abşeron rayonunun Masazır kəndində ümumi uzunluqları 6260 metr olan 6 küçə, Qobu qəsəbəsində 7840 metr uzunluğunda 5 küçə, Ceyranbatan və Saray qəsəbələrində 5950 metr uzunluğu olan 3 küçə və Mehdiabad qəsəbəsində isə ümumi uzunluğu 6450 metr olan 4 küçə təmiri nəzərdə tutulurdu. Artıq bu çərçivədə sözügedən qəsəbələr üzrə işlərə start verilib.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR





















