Nəqliyyat könüllüləri sırasında daha 60 nəfər qəbul olunub

Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramına qəbul üzrə onlayn müsahibə mərhələsi başa çatıb. Müraciət edən 144 nəfər namizəddən 60 nəfəri uğur qazanaraq könüllülük proqramına qəbul olunub.
BNA-dan Avtosfer.az-a verilən məlumata görə, Karantin rejimi şərtləri nəzərə alımaqla yeni könüllülük proqramı tərtib olunacaq və seçilən könüllülər Agentliyin struktur bölmələrində eləcə də tabeli qurumlarında fəaliyyətlərə cəlb olunacaq. Buna qədər isə onlayn tanışlıq konfransı keçiriləcək.
Könüllülərin fəaliyyətləri ilə bağlı yenilik və dəyişikliklər “Nəqliyyat Könüllüləri”nin sosial şəbəkələrdəki rəsmi səhifələrində mütəmadi olaraq yayımlanacaq.
Xatırladaq ki, 2019-ci ildə keçirilən könüllülük proqramı çərçivəsində 60 nəfər iştirak edib. 35 nəfər məzun adını qazanıb, 8 nəfər isə Bakı Nəqliyyat Agentliyində işlə təmin olunub.
Seçilən bütün könüllüləri təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq!
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












