Opel yeni firma rəngini və loqotipini təqdim edib

Opel yenilənmiş iki ölçülü loqotipi və alman markasının firma sarı rəngini təqdim edib. Bundan əlavə, alman markası Opel Next adlandırılmış öz şriftini hazırlayıb.
BMW, Volkswagen və Nissan şirkətlərindən sonra, Opel də rəqəmsal əsrə sadiqliyini vurğulayaraq 3D formatlı emblemdən imtina edib. Yeni 2D loqotipində əsas aksent firma ildırımına edilib. Sonuncu incə halqa sayəsində daha önəçıxan olub. Opel nümayəndələrinin sözlərinə görə, yeni loqotip "markanın innovativliyini və mobilliyini" tərənnüm edir.
Ənənəvi ağ rəngin əvəzinə, şirkətin yeni korporativ rəngi parlaq sarı olub. Marka nümayəndələrinin bildirdiyinə görə, bu rəng daha tanınan və yaddaqalan, eyni zamanda Opel markasının başlatdığı elektrikləşdirmə əsrini tərənnüm edir. Bundan başqa, markanın adı artıq Opel Next adlanan "yüngül və eyni zamanda enerjili" şriftlə yazılacaqdır.
Yeni emblem alacaq ilk Opel avtomobili Peugeot 2008 modelinin platformasında inşa edilmiş Crossland krossoveri olacaqdır. Bu modelin Avropadakı satışlarına 2021-ci ildə başlanacaqdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












