Pirallahıda uzunluğu 4 km olan daha 2 küçə təmir edildi - FOTO
Yeniliklər
7 Yanvar 2021 11:46

Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində 2 küçədə apardığı təmir işlərini yekunlaşdırıb. İmzalanan sərəncama əsasən, Pirallahı rayonunun Süleyman Bağırov və Gənclik küçələrində aparılan təmir işləri artıq bitib. Süleyman Bağırov küçəsinin uzunluğu 2.9 km, Gənclik küçəsinin uzunluğu isə 1.1 km təşkil edir.
Sözügedən küçələr uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu, yol örtüyünün vəziyyəti qənaətbəxş deyildi, çünki torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə xüsusən payız-qış mövsümündə küçələrdən istifadə edən vətəndaşların rahat hərəkətinə problemlər yaradırdı.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənib.
Təmir işlərinin aparıldığı ərazinin sahəsi 24 min kv.m təşkil edir.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılaraq yekunlaşdırılıb.
Xatırladaq ki, agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Pirallahı rayonunun Gürgən qəsəbəsinin uzunluğu 2 km olan daxili yolunda təmir işləri aparılıb.
Oxunub : 2462
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ
























