Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir - FOTO

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir. Hazırda isə Sabunçu rayonunun Pirşağı qəsəbəsində anoloji işlərin icrasına start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, agentlik tərəfindən 7 mindən artıq əhalisi olan Pirşağı qəsəbəsi üzrə asfalt-beton örtüklə döşənməsinə ehtiyacı olan bütün küçə və yolların təmir edilməsi işlərinə start verilib. Ümumilikdə bu işlərin sözügedən qəsəbənin 100 km-ə yaxın uzunluğa malik 105 adda küçə və yolunda aparılması nəzərdə tutulur. Təmir işləri aparılacaq sahə torpaq əsaslı olmaqla 600 min kv.m-dən çoxdur.
Aparılan genişmiqyaslı tədbirlər zamanı artıq qəsəbə üzrə 6 ünvanda təmir işləri aparılaraq yekunlaşdırılıb. Bu Bakıxanov, İsmayıl Şıxlı, Dəniz və Sahil küçələri, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələrdir. Təmir olunan küçələrin ümumi uzunluğu 8930 metr, sahəsi isə 52 min kv.m-dir.
Hazırda isə Pirşağı qəsəbəsi üzrə təmir işləri 7 küçədə davam etdirilir. Bu Elbəy Rzaquliyev, Zülfi Adıgözəlov və Məhəmməd Füzuli küçələri, həmçinin dalanları ilə bərabər Xan Şuşinski və Məmməd əmin Rəsulzadə küçələridir. Sözügedən küçələrin ümumi uzunluğu 11 700 metr təşkil edir.
Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir.Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun Sabunçu rayonu Pirşağı qəsəbəsi üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulub.
Namiq Musayev




Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










