Qaradağda yeni avtomobil körpüləri tikilir

Bakının Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, hər üç körpü bir aşırımlı olmaqla layihələndirilib.
Körpülərdən biri Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində tikilir. Hazırda tikinti işləri yekun mərhələyə çatıb və körpünün asfalt-beton örtüyünün salınması üçün hazırlıq işləri aparılır.
Digər körpü Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində tikilir. Burada dayaqların inşası üçün svaylar vurulub, bünövrənin betonlanmasına hazırlıq işləri görülür.
Üçüncü körpü isə Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrində tikilir. Hazırda birinci kənar dayağın inşası davam etdirilir, ikinci dayağın isə bünövrəsi artıq hazırdır.
Körpülərin tikintisi inşaat norma və qaydalarına uyğun şəkildə aparılır. Yeni körpülər istismara verildikdən sonra həmin yol sahələrində nəqliyyatın hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə xidmət edəcək.
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Şuşadakı abidələrin korlanması qadağan edildi
İlham Əliyev QANUN İMZALADI
Bu sürücülər üçün yeni rüsumlar QƏBUL OLUNDU
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR
Bakı küçələrinin səkilərində hansı dəyişikliklər ediləcək? - FOTO
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT
Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO










