Azərbaycanda 4 günlük iş həftəsi başlayır?

Son vaxtlar dünyanın bir sıra ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı müzakirələr genişlənib. Bu fonda Azərbaycanda da sentyabr ayından etibarən belə bir sistemin tətbiq olunub-olunmayacağı maraq doğurur.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, belə bir model nəzəri baxımdan mümkün olsa da, onun bütün sahələrə şamil edilməsi məqsədəuyğun deyil.
Deputatın sözlərinə görə, 4 günlük iş həftəsi daha çox dövlət qurumlarında tətbiq olunacaq:
"Özəl sektorun buna yönəlməsi problemlərin yaşanmasına gətirib çıxara bilər. Azərbaycanda özəl sektorun sabit iş rejimini qurması çox çətindir. Bir bazar günü belə fasiləsiz işləməsə, mənfəət əldə etmək bir yana qalsın, müəssisələr və biznes subyektləri borclu vəziyyətdən çıxmaqda çətinlik çəkərlər. Ona görə də bu model dövlət müəssisələri üçün düşünülə bilər. Amma bütövlükdə özəl sektora aid edilməsi həmin sahədə ciddi sıxıntılar yaradacaq.”
Beləliklə, deputatın fikrincə, Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi tamamilə istisna olunmasa da, bu modelin ilk növbədə dövlət sektorunda nəzərdən keçirilməsi daha real görünür.
Özəl sektorda isə iqtisadi reallıqlar və müəssisələrin fəaliyyət xüsusiyyətləri nəzərə alınmadan belə bir qərarın verilməsi məqsədəuyğun hesab edilmir.\\konkret.az
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












