Təhsil TV-yə yeni direktor təyin edildi - FOTO

Təhsil TV-nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib.
Avtosfer.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, əmək fəaliyyətinə media sahəsində başlayan Bəhruz Nəzərov müxtəlif illərdə “SPACE” Müstəqil Teleradio Şirkətində, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində, “ATV International” telekanalında, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb.
Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda “Oil and Industry” jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.
Bəhruz Nəzərov 2012-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2025-ci ildə isə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülüb.

Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Şuşadakı abidələrin korlanması qadağan edildi
İlham Əliyev QANUN İMZALADI
Bu sürücülər üçün yeni rüsumlar QƏBUL OLUNDU
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR
Bakı küçələrinin səkilərində hansı dəyişikliklər ediləcək? - FOTO
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT
Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO










