Qəbələdəki “Yeddigözəl” şəlaləsinə yeni asfalt yol çəkilib - FOTO

Qəbələ rayonunun Vəndam qəsəbəsindəki cəlbedici turizm məkanlarından olan “Yeddigözəl” şəlaləsinə yeni asfalt yol çəkilib. Qəsəbə bələdiyyəsinin daxili imkanları hesabına çəkilən asfalt yolun uzunluğu 3,1 kilometrdir. Bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Son illər Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkəmizdə insanların rifahı naminə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, uğurla icra olunan layihələr sırasında yol infrastrukturunun inkişaf etdirilməsi və müasirləşdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur. Dövlətimizin başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar bunun əyani sübutudur. Qəbələ rayonunda da bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Belə ki, son illər rayonda onlarla kilometr uzunluğunda müasir yollar salınıb, mövcud yollar yenidən qurulub, yeni körpülər inşa olunub və bu sahədə görülən işlər sistemli şəkildə uğurla davam etdirilir.
Görülən işlər Vəndam sakinləri tərəfindən də razılıqla qarşılanıb. Vətəndaşlar qəsəbədə yol infrastrukturunun yenidən qurulmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. (Azərtac)


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












