Qubanın Mirzəqışlaq kəndinin yoluna asfalt döşənib

Qubanın Mirzəqışlaq kəndinin yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Mirzəqışlaq kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə yaşayış məntəqəsində yaşayan 800-ə yaxın əhalinin Qubanın rayon mərkəzinə rahat və maneəsiz gediş-gəlişi təmin olunub.
Mirzəqışlaq yolu bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 3,5 kilometrlik yol əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun həyata keçirdiyi yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb, 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənib. Yerli əhəmiyyətli yol 4-cü texniki dərəcəyə uyğun inşa edilib.
Yolun istifadəyə verilməsi yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq. (Azərtac)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












