Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı

Rusiyanın “Transmaşholding” QSC-nin tərkibindəki “Metrovaqonmaş” müəssisəsi Bakı Metropoliteni üçün (20 vaqondan ibarət) dörd metro qatarını yola salıb.
Bu barədə holdinqdən məlumat verilib.
Bildirilir ki, 2019-cu ilin oktyabr ayında imzalanmış və 2020-2023-cü illəri əhatə edən müqavilə 60 ədəd 81-765.4B/766.4B seriyalı vaqondan ibarət 12 qatarın istehsal və tədarük edilməsini nəzərdə tutur. Yeni tipli qatarlarda vaqondan-vaqona birbaşa keçid var. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daxil olub-çıxmasını, eləcə də qatar boyunca bərabər paylanmasını təmin edir. Həmçinin son vaqonlarda sağlamlıq imkanları məhdud sərnişinlər, uşaq arabaları və velosipedlər üçün xüsusi yerlər də nəzərdə tutulub. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemləri, habelə Bakı Metropoliteninin texniki şərtləri əsasında yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, o cümlədən kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunub. Sərnişinlərin elektron qurğuları doldurması üçün USB portlar, baş vaqonlarda əlil arabaları və əl yükü üçün yerlərinin quraşdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, 2018-2019-cu illər ərzində də Rusiya şirkləti Bakı Metropoliteni üçün 81-765.B/766.B seriyalı 40 vaqondan ibarən 8 qatar tədarük edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












