Rusiyanın daha iki aviaşirkəti Samaradan Bakıya uçacaq

Rusiyanın iki aviaşirkəti Samaradan Bakıya birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, iyunun 8-dən etibarən "Nordwind" aviaşirkəti, iyunun 15-dən etibarən isə "S7 Airlines" aviaşirkəti Samara-Bakı-Samara aviareysi üzrə uçuşlara başlayacaq.
"Hər iki şirkət sözügedən marşrut üzrə həftədə bir aviareys yerinə yetirəcək. "Nordwind" həftənin II günləri, S7 isə III günləri uçacaq", - hava limanından bildirilib.
Qeyd edək ki, mayın 20-dən etibarən Rusiyanın "IrAero" şirkəti" Samara-Bakı marşrutu üzrə uçuşlara start verib. Bu gündən etibarən isə Rusiyanın "Ural Airlines" şirkəti də sözügedən aviareys üzrə uçuşlara başlayacaq. Hər iki şirkət həftədə bir uçuş yerinə yetirir.
Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı, Perm və Həştərxan şəhərlərindən Bakıya uçuşlar yerinə yetirilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












