Şamaxıya gedənlər tıxaca düşməyəcək - körpü genişləndirir - FOTO

Prezidentin tapşırığı ilə Bakı-Sumqayıt yolunun genişləndirilməsi başa çatıb. Bununla paralel Sulutəpə dairəsinin genişləndirilməsi məsələsi də gündəmə gəlib. Şamaxı istiqamətində gedənlərin Sulutəpə dairəsinində dəqiqələrlə tıxacda qalması son vaxtlar daha böyük problemlər yaşadırdı. Nəticədə körpünün üzrəinədək sıxlıq yaranırdı. İndi Ekologiya postunun yanındakı körpü genişləndirilir və beləliklə, posta çatmamış sağa dönüb Şamaxı istiqamətində gedənlər Sulutəpə dairəsinində tıxaca düşməyəcək.
Həmin ərzidə artıq tikinti-quraşdırma işləri aparılır, bununla paralel Bakı-Sumqayıt yolunun üzərindəki körpü də genişləndirilir.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Sulutəpə dairəsi üzərində yeni yol ötürücüsü inşa edilir. "Artıq ilkin işlərə başlanılıb. Bu yol ötürücüsünün məqsədi ondan ibarətdir ki, müxtəlif istiqamətlərdə dairəyə girmədən hərəkət etmək mümkün olacaq. Bu da günün pik saatlarında həmin ərazidə sıxlığın azalmasına səbəb olacaq."
Anar Nəcəfli qeyd edib ki, Bakı-Sumqayıt yolunda genişləndirlmə işləri davam etdiriləcək. "Bakı-Sumqayıt yolunda Sulutəpə dairəsinə çatmamış yerləşən dəmir yolu körpüsünün də sökülüb yerində dayaqsız daha yüngül konstruksiyalı körpü salınacağı nəzərdə tutulub."
Orxan
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR











