“Samsung” qulaqcıqları ağrı və iltihaba səbəb olub

"Samsung" qulaqcıqlarının istifadəsinin mənfi təsirləri kimi qulaq ağrısı və iltihab halları var. Bu barədə Çinin "ITHome" nəşri xəbər verib. Jurnalistlər yeni "Galaxy Buds Pro" qulaqlıq istifadəçilərinin çoxsaylı şikayətlərinə istinad edib. Qulaqcıq sahiblərinin dediklərinə görə, onların istifadəsində bəzi problemlər yaşanır.
Avtosfer.Az deyerler.org-a istinadən bildirir ki, bəzi səs aksesuarları sahibləri musiqi dinləyərkən qulaq ağrısı yaşadıqlarını bildirib. Bəzi hallarda istifadəçilər qulaqda həddindən artıq rütubətin və narahatlığın olması barədə danışıb. Qulaq kanalının iltihabından da şikayətlər edilib. Bəzi "Galaxy Buds Pro" müştərilərində qulaqlıq allergiya və iltihaba səbəb olub. Şirkət artıq yaşanan problemlərə cavab verib. "Samsung" nümayəndələrinin dediklərinə görə, qulaqcıqlar bazara girməzdən əvvəl həkimlərin tövsiyələri nəzərə alınaraq hərtərəfli sınaqdan keçirilib. Sınaqlar qulaqcıqların hazırlandığı materialda təhlükəli maddələrin olmadığını təsdiqləyib. Koreya şirkətinin mütəxəssisləri "Galaxy Buds Pro"nun qulaqdaxili quruluşlu dizayn edildiyinə görə, bir sıra istifadəçilər üçün narahatlıq və qıcıq yarada biləcəyini qeyd edib. Allergiya və iltihabların qarşısını almaq üçün "Samsung" qulaqcığı mütəmadi olaraq quru parça ilə təmizləməyi və cihazın qulaq yastıqlarında rütubətin əmələ gəlməsinin qarşısını almağı tövsiyə edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












