Səfir: "BTQ Çindən Avstriyaya qədər ərazini birləşdirir"

Koronavirus pandemiyasına (COVID-2019) görə yaranmış böhran beynəlxalq təchizat marşrutlarını və mənbələrini diversifikasiya edən milli təhlükəsizlik komponentinin vacibliyini bir daha sübut etdi. Bu nöqteyi nəzərdən Şimal-Cənub, Şərq-Qərb arasında körpü rolunu oynayan Azərbaycan ərazisi köməyə gəlir.
“Report” xəbər verir ki, bu barədə Avropa məkanının nüfuzlu xəbər portallarından biri sayılan “EU Reporter”da 28 may Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəsi səfir Fuad İsgəndərovun “Azərbaycan – döyüş meydanından regionlararası layihələrin qovşağına” adlı məqaləsində qeyd edilib.
Onun sözlərinə görə, bir sıra ölkələrin məhdudiyyətlər tətbiq etdiyi dövrdə Azərbaycan dünyanın bir sıra hissələrini birləşdirən tranzit, nəqliyyat dəhlizləri fəaliyyət göstərdi:
“Həmin nəqliyyat dəhlizlərinin coğrafi əhatə dairəsi yalnız Çinə, Əfqanıstana, Mərkəzi Asiyaya, Fars Körfəzinə, İrana, Hindistana, Xəzər dənizinə, Gürcüstana, Ukraynaya, Türkiyəyə, Qara dənizin sahillərinə uzanmır, həmçinin Polşa, Avstriya, Baltikyanı ölkələri əhatə edir. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xətti vacib birləşdirici rol oynayır. Bu bölgələrarası nəqliyyat dəhlizlərini uğurla dəstəkləmək və inkişaf etdirmək üçün ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyə nail olmaq lazımdır.
Azərbaycan bir neçə il əvvəl neft-qaz sənayesində xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitinin təmin edilməsi məsələsində özünü sübut etdi. Əlbəttə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Azad İqtisadi Zona yaratmaqla bu dəfə də ticarət-logistika sektorunda bunu etmək niyyətindəyik. Məqsəd Avropa və Asiya ölkələrində ticarəti asanlaşdırmaq və bununla da investisiya təşviqi üçün müasir vasitələrdən istifadə etməklə qədim İpək Yolu barəsində ideyanı təşviq etməkdir".
Xatırladaq ki, Bakı-Tbilisi-Qars 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












