SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - FOTO

Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi – Novxanı yolu istiqamətində "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “SOCAR Petroleum”un mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
Onun sözlərinə görə, bununla da ümumilikdə respublikada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatdırılıb.
“Binəqədi yolu vasitəsilə Novxanı, Saray və digər yaxın ətraf qəsəbələrdə hərəkət edən avtonəqliyyat vasitələrinin sahibləri üçün bu YDM daha əlverişlidir. Yeni istifadəyə verilmiş məntəqədə 7 yanacaq paylayıcı kalonka quraşdırılıb ki, onlardan ikisi sıxılmış təbii qaz (STQ) satışını həyata keçirəcək. YDM-də STQ ilə yanaşı, “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb”, - o qeyd edib.
Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 34 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.

DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI













