Bakı-Quba yolunun bu hissəsində təmirə start verildi - FOTOLAR
Yeniliklər
1 Oktyabr 2020 14:19

M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işləri aparılır
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin aparılmasına start verilib.
Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yeni yol əsası inşa edilir. Yeni yol əsasının inşasının aparıldığı ərazilərə hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.
Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla yeni asfalt-betonla örtülür. Bundan başqa magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək, beton arakəsmələrlə əvəzlənəcək.
Beton arakəsmələr dəmir tirlərdən daha təhlükəsizdir. Çünki betonun aşağısında xüsusi təkərqaytaran hissə-deflektor mövcuddur. Yol qəzaları zamanı nəqliyyat vasitələrinin beton maneə ilə toqquşması əksər vaxtlarda 12 dərəcə bucaq altında baş verir. Nəticədə nəqliyyat vasitəsi təkərqaytarana dəyərək geriyə, yolun hərəkət hissəsinə qayıdır və bir-çox hallarda beton maneə ilə birbaşa toqquşma qeydə alınmır.
Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı Sumqayıtdan VAZ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tədbirlərinə 29 sentyabr tarixindən başlanılıb.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə ertmələri tövsiyyə olunur.
Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı, Sumqayıt-Saray və Sumqayıt Dairəvi avtomobil yollarından istifadə edə bilərlər.
Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Oxunub : 1670
DİGƏR XƏBƏRLƏR
11 Sentyabr 2026 11:44
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
11 Sentyabr 2026 11:26
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
10 Sentyabr 2026 11:30
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
7 Sentyabr 2026 12:00
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
7 Sentyabr 2026 10:41
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
6 Sentyabr 2026 15:00
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
3 Sentyabr 2026 12:00
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
2 Sentyabr 2026 16:30
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
2 Sentyabr 2026 13:44
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
2 Sentyabr 2026 10:36
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
31 Avqust 2026 12:23
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
20 Avqust 2026 14:30
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
ŞƏRH YAZ




















