Taksi sürücülərinə ŞAD XƏBƏR

Taksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə biləcəklər. Avtosfer.az-ın Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, yeni qayda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılıb: "Şəhərlərarası gediş-gəlişə məhdudiyyət qoyulduqdan sonra biz düşündük ki, taksi sürücülərinin işini asanlaşdıraq. Belə ki, bundan sonra onların bir şəhərdən digər şəhərə gedib DANX-ın regional mərkəzinə yaxınlaşmasına ehtiyac qalmır. Bundan sonra nazirliyin digər qurumu olan Azərpoçt artıq sənədləşmə prosesində iştirak edir. Sürücülər Azərpoçtun hər regionda olan filialına yaxınlaşaraq fərqlənmə nişanını əldə edə bilərlər. Onlar bu sənədi əldə etdikdən sonra sürücü haqqında məlumat "icaze.e-gov.az" saytına yerləşdiriləcək".
N.Allahyarova bildirib ki, bu günə kimi 201 taksi sürücüsü fərqlənmə nişanı əldə edib. Vəziyyətdən sui istifadə etmək istəyən şəxlərə fərqlənmə nişanı verilməyəcək. Son 6 ayda mütəmadi olaraq fərqlənmə nişanı alan taksi sürücülərinə üstünlük veriləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












