Taksilər yeni qaydalarla fəaliyyət göstərəcək - VİDEO

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı alan və əsasən də şəffaf arakəsmə quraşdıran taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər. Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, yeni qaydalara əməl edən şəxslər heç bir məhdudiyyət olmadan işləyəcəklər. Taksilərin xidmətindən isə yalnız xüsusi icazə sənədi olan vətəndaşlar istifadə edə biləcək. İcazəsi olmayan vətəndaş taksiyə minsə belə stasionar postlarda düşürüləcək.
Nuridə Allahyarova onu da bildirib ki, şəffaf arakəsmələr iyun ayının 15-dən sonra da tətbiq ediləcək. Digər tələblər isə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri ilə dəyişə bilər.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












