Banner

Təhlükəsiz nəqliyyat vasitəsi işə düşür – yanvarın 3-dən etibarən…

Yeniliklər 29 Dekabr 2024 08:00 Oxunub 376
Təhlükəsiz nəqliyyat vasitəsi işə düşür – yanvarın 3-dən etibarən…
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yeni ilin ilk günlərindən etibarən Bakı-Balakən sürət qatarı fəaliyyətə başlayacaq. Bu reysin açılması paytaxtla şimal-qərb bölgəsi arasında gediş-gəlişi daha da asanlaşdıracaq.

Bakı-Balakən-Bakı marşrutunun bərpası daxili turizmin inkişafına ciddi töhfə verəcək. Bu layihə, əslində, ADY-nin heç də rentabelli olmayan sərnişindaşıma sahəsinə diqqət yetirməsinin, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə almasının bariz nümünəsidir.

Qeyd edək ki, hazırda Azərbaycan dəmir yolunun şimal-qərbdə son stansiyası Balakəndir. Bu stansiya ötən əsrin 80-ci illərinin əvvəllərində işə salınıb. Məlumata görə, Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq.

Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Azərbaycan Dəmir Yollarının məlumatına görə 3 yanvar tarixindən etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişin qatarının fəaliyyəti bərpa olunacaq:

“Qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqəyə, Balakəndən Bakıya isə 8 saat 40 dəqiqəyə çatacaq. Bu qatar yataq tiplidir. Burada sürətlə yanaşı insanların təhlükəsiz, rahat, istirahət edərək mənzil başına çatması nəzərdə tutulur. Dünya təcrübəsindəndə aydın olur ki, gecə hərəkət edən qatarlarda sürət, yaxın məsafələrdə oturaq hərəkət edən qatarların sürəti ilə eyni olmur.

vuqar iskenderov yeni

Vüqar İskəndərov

Daha çox burara insanların rahatlığı, təhlükəsizliyi, rahat yatmağı nəzərə alınır. Bu isə nəqliyyat vasitələri arasında qatarın daha əvəzsiz rolda olduğunu göstərir. Digər minik vasitələrindən fərqli olaraq sürətli keçid təmin olunur. Təhlükəsizdir, ekologi üstünlükləri var. Yataq tipli qatarların çəkisi ağır olduğu, avadanlıqlar, komfort yataq yerləri mövcud olduğu üçün sürəti digər formalardan fərqlidir. Oturaq tipli qatarlarda isə sürət prioritet olur.
Bu qatarlar həm də insanların vaxta qənaətinə də səbəb olur”.

Deputatın sözlərinə görə, qatarın fəaliyyətə başlaması turizm infrastrukturunun inkişafına da müsbət təsir göstərəcək:

“Qatarın keçdiyi Şəki ərazisi turistlərin tez-tez müraciət etdiyi  bölgədir. Şimal-Qərb bölgəsinə ümumiyyətlə turistlər daha çox səyahət edir. Bu baxımdan həmin qatar reysinin optimal saatda yola düşməsi, yaxşı vaxtda mənzil başına çatması ilə insanların səyahətinə də müsbət təsirini göstərəcək. Əsas məsələlərdən biri sərnişinlərin vaxt qazanmasıdır. Gecə rahat yol gedib, gündüz lazımı işlərə, o cümlədən xeyir-şər tədbirlərinə yetişə bilmələri çox önəmlidir”.

Politoloq Zeynal Əmrəliyev isə məsələyə belə münasibət bildirir:

zeynal emreliyev esas

Zeynal Əmrəliyev

“Bakı-Balakən sərnişin qatarının fəaliyyətə başlaması Şimal-Qərb bölgəsinin iqtisadiyyatına və turizminə böyük imkanlar vəd edir:

“Bölgənin geniş turizm imkanları var. Flora və faunası ilə olduqca zəngin bölgədir. Bu ərazilərdə qatarın fəaliyyəti də mühüm əhəmiyyətə malikdir. İlk dəfə Ümummilli lider Heydət Əliyevin təşəbbüsü ilə Balakənə qatar inşa edilib. Bu da Balakən iqtisadiyyatına böyük töhfələr verib. Sərnişin və yük daşıma həcminə görə qatar böyük imkanlar yaradır. Bir müddət idi ki, qatar fəaliyyətini dayandırmışdı. İndi komfortlu və sürət qatarı formasında fəaliyyətini bərpa etməsi müsbət haldır. Balakən sakinləri üçün də sevindirici haldır. Bunu uzun müddətdir ki, arzu edirdik. Əhali öz məshullarını rahat şəkildə Bakıda bazara çıxarda biləcək”.

(global.info)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh