“Telegram” mesencerində ödənişli xidmətlər yaranacaq

“Telegram” mesencerində 2021-ci ildən yeni ödənişli xidmətlər tətbiq olunacaq.
“Report” xəbər verir ki, bu barədə mesencerin banisi Pavel Durov öz “Telegram” kanalında bildirərək hazırkı xidmətlərin bundan sonra da ödənişsiz fəaliyyət göstərəcıklərini, yeni tətbiq ediləcək xidmətlərin isə “işgüzar komandalar və daha böyük ehtiyaclara malik istifadəçilər” üçün əlverişli olacağını qeyd edib.
Bununla yanaşı, “Telegram”ın satılmayacağını qeyd edən sahibkar hazırda mesencerin 500 milyona yaxın fəal istifadəçisinin olduğunu, bundan sonra da fəaliyyətə davam etmək üçün “azı yüz milyardlarla dollar”a ehtiyac olduğunu diqqətə çatdırıb. Müəyyən vaxta qədər mesencerin maliyyə ehtiyaclarını təkbaşına ödəmiş P.Durov artıq bunun mümkün olmadığını qeyd edib.
Lakin buna baxmayaraq, “Telegram”ın mesaj ötürmə ilə bağlı xidmətlərində bundan sonra da reklam yerləşdirilməyəcəyi vurğulanıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












