Təyyarəyə buraxılacaq əl yüklərinin siyahısı dəyişdirildi - QƏRAR

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a dəyişiklik edilib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qaydaların ikinci hissəsi üzrə 2.1.1-ci yarımbəndə edilən dəyişikliyə əsasən uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Bununla da qərarda COVID-19-a dair testin növü müəyyənləşdirilib.
Eləcə də digər bəndlər üzrə uyğunlaşdırmalar aparılıb. 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərinə dəyişikliklər edilib. 2.1.3-cü bənd üzrə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların öhdəlikləri təsnifatlaşdırılıb. 2.1.4-cü yarımbəndindən sonra 2.1.5-ci yarımbəndi əlavə edilib. Əlavəyə əsasən arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin ediləcək.
Həmçinin, 2.6-cı bəndə düzəliş edilərək aviaşirkətlərin reyslərində daşınmasına icazə verilən əl yükləri müəyyənləşdirilib. Aviaşirkətin qaydalarına əsasən yalnız qeyd edilən şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilir: qadın əl çantası və ya kişi portfeli, ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto və videokamera, portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir), üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir), gül dəstəsi, uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi, çətir, uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar, ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












