ÜST daha bir peyvəndi istifadə üçün TƏSDİQLƏDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinopharm” şirkətinin COVID-19 virusu əleyhinə peyvəndini təcili istifadəyə təsdiqləyib.
Publika.az yerli mətbuata istinadla xəbər verir ki, bununla ÜST-ün COVID-19 virusu əleyhinə təcili istifadə üçün təsdiqlədiyi peyvəndlərin sayı 6-ya çatıb. “Sinopharm” peyvəndi ilə bağlı hesabatları təhlil edən ÜST-ün Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) 2 dozalı vaksinin 18 yaşdan yuxarı şəxslərə vurulmasına razılıq verib. Bu qərar “Sinopharm” peyvəndinin COVAX təşəbbüsü çərçivəsində paylanmasına imkan yaradacaq.
Güman olunur ki, yaxın günlərdə ÜST Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi barədə də oxşar qərar verəcək.
Qeyd edək ki, “Sinopharm” şirkətinin COVID əleyhinə peyvəndi təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












