Velosipedli sərnişinlər üçün tramvay istifadəyə verildi - FOTOLAR

Türkiyənin Konya vilayətində velosiped tramvayı yerli sakinlərin istifadəsinə verilib. Avtosfer.az xəbər verir ki, vilayət ölkənin ən uzun (550 kilometr) velosiped yoluna sahibdir. Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən həyata keçirilən layihədə, 1992-ci və 2015-ci illər arasında ictimai nəqliyyatda istifadə edilən tramvay, indi velosipedli sərnişinlərə xidmət göstərəcək.
Tramvayı velosiped tramvayına çevirmək üçün göyərtəsində bir sıra düzəlişlər aparılıb. Burada iki nəfərlik oturacaqlar sökülərək, bir nəfərlik oturacaqlarla əvəzlənib, bəziləri isə götürülüb və yerlərinə velosipedi sabit saxlayan 21 ədəd xüsusi aparat quraşdırılıb. Bundan əlavə, velosipedlərin tramvaya rahat şəkilədə mindirilib-düşürülməsi üçün, açılıb-bağlanan hidrovlik ayaqaltılar velosipedçilərin ixtiyarına verilib.
Bələdiyyə başçısı Uğur İbrahim Altay 2023-cü ilə qədər velosiped yoluna daha 84 kilometr əlavə edilərək inşa ediləcəyini bildirib.
Namiq Musayev








Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












