Vilayət Eyvazov yeni inzibati binaların açılışını edib - VİDEO

15 iyun - Milli Qurtuluş Günündə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin yeni inzibati binalarının açılışı olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib.
Məlumat verilib ki, 2 mərtəbəli inzibati binalar ən müasir standartlara uyğun inşa edilib, bütün zəruri avadanlıq, kommunikasiyalar və texniki qurğularla, mebel və inventarla təmin olunub. Hər iki binanın daxilində silah saxlama otağı, idman sağlamlıq zonası və yeməkxana var. Yeni tikililər ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana və rabitə-kommunikasiya xətləri ilə təmin edilib, digər yardımçı sahələr yaradılıb. Ərazilər hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Nazir yeni binaların foyesində olan ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olub, növbətçi hissələrə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıb.
General-polkovnik Vilayət Eyvazov görülən işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib. O, xalqımız üçün ən əlamətdar günlərdən biri olan Milli Qurtuluş Günündə iki yeni inzibati binanın açılışını məmnunluqla qeyd edərək əmin olduğunu bildirib ki, şəxsi heyət dövlətin göstərdiyi bu ali diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək.
Namiq Musayev
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












