Vyana şəhərinin mərkəzi “avtomobilsiz zona“ olacaq

Vyana şəhərinin mərkəzi "avtomobilsiz zona"ya çevriləcək. Vyana şəhərinin vitse-meri Birqit Hebayn və şəhərin İçəri Şəhər rayonunun icra başçısı Markus Fiql iyunun 17-də bununla bağlı yeni nəqliyyat konsepsiyası təqdim ediblər.
Konsepsiyaya görə, içəri şəhər rayonuna avtomobillə yalnız burada yaşayan sakinlər, fiziki qüsurlu şəxslər, sosial xidmətlərin əməkdaşları, bu rayon ərazisində peşə fəaliyyəti ilə məşğul olan şəxslər, çatdırılma xidmətləri, ictimai nəqliyyat və taksilər daxil ola biləcəklər. Bu qadağa bütün növ mühərrikli minik vasitələrinə (yük maşınlar, motosikllər və s.) şamil ediləcək.
Vitse-mer qeyd edib ki, içəri şəhərdə yeni nəqliyyat konsepsiyası bu ilin payızınadək həyata keçiriləcək. O, zəmanənin artıq dəyişdiyini və tarixi abidələrlə zəngin şəhər mərkəzində mühərrikli nəqliyyata yer olmadığını vurğulayıb.
Qeyd edək ki, Vyana şəhərinin mərkəzi rayonunda 16 min sakin yaşayır. Lakin hər gün bu rayona orta hesabla azı 50 min avtomobil daxil olur. Payızdan etibarən, bu rəqəm 30 faizə aşağı düşəcək və yalnız yuxarıda qeyd edilən şəxslərə, poçt və məişət tullantıları yığan maşınlara və eləcə də "mavi işıqlı" nəqliyyat vasitələrinə (polis, təcili yardım, yanğınsöndürmə xidməti) şəhər mərkəzinə daxil olmağa icazə veriləcək.
B.Hebayn bildirib ki, Vyana şəhərinin mərkəzi mühərriklərə deyil, insanlara məxsus olmalıdır və Avropada avtomobilsiz ilk məkan olacaq. (Azərtac)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












