“Xaliq Faiqoğlu” şirkəti 199 saylı marşrut üzrə avtobusları yenilədi - FOTO

199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik "İsuzu Citiport" markalı avtobuslar cəlb ediləcək. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Məlumata görə, Agentliyin tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik "İsuzu Citiport" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. "Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar sərnişinlərin istismarına sabahdan veriləcək. Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir”, - deyə qurum bəyan edib.
Gültən


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















