Xaricdə təhsil alan azərbaycanlı məzunlardan bəyanat

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və ADA Könüllülər Hərəkatının 7 oktyabr 2020-ci il tarixli bəyanatı yayıb.
Avtosfer-in məlumatına görə, bəyanatda bildirilir ki, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və ADA Könüllülər Hərəkatının birgə əməkdaşlığı çərçivəsində 27 sentyabr 2020-ci il tarixindən yenidən aktivləşən Dağlıq Qarabağ münaqişəsinə əsaslanan fəaliyyət qrupu yaradılır.
Qeyd edək ki, fəaliyyət qrupunun icra planı aşağıdakı istiqamətləri əhatə edəcəkdir:
- Məzunlarımızın birbaşa iştirakı ilə Sosial media kanalları üçün xarici dillərdə tarixi faktlara və araşdırmalara əsaslanan kontentlərin formalaşdırılması və sistemli koordinasiyası;
- Bu münaqişədən keçmişdə və cari halda əziyyət çəkmiş, və yaxud, araşdırmaları ilə töhfə vermiş məzunlarımızın (ölkə daxili və xaricindəki) və ekspertlərin iştirakı ilə video materialların hazırlanması;
- Sığınacaqlardakı mülki əhaliyə, hərbi hospitallara və şəhid ailələrinə yardım etmək məqsədilə aparılan sosial kampaniyalara dəstək;
- Beynəlxalq qurumlara və təşkilatlara ölkəmizdə baş verənlərlə bağlı reallığı əks etdirən rəsmi müraciətlərin ünvanlanması.
Bütün məzunlarımızı və dostlarımızı fəaliyyət istiqamətlərimizə dəstək olmaq üçün könüllü olmağa çağırır və müracitələrini gözləyirik.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












