Yeni taksilərin üstünlüyü: elektriklə çalışır… - Ekspert

Ölkəmizə gətirilən yeni taksilər elektrik mühərrikli avtomobillərdir. Bunlar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi və ekonomik avtomobil sayıldığı üçün ətraf mühitin qorunması baxımından bir çox üstünlüklərə malikdir.
Bu sözləri Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı ölkəyə yeni LEVC TX modelli taksilərin gətirilmə səbəbləri və üstünlükləri barədə danışarkən deyib.
O bildirib ki, bu avtomobillər ölkəmizə yeni gətirilir deyə, onların perspektivləri barədə dəqiq bir fikir demək üçün tezdir:
“Çünki bu yeni tip nəqliyyat vasitəsinin indiyə kimi analoqu olmayıb. Bu baxımdan deyə bilərəm ki, ilk növbədə ətraf mühitin qorunması nəzərə alınır. Xatırladım ki, 2018-ci ilin dekabr ayında Cənab Prezient İlham Əliyev tərəfindən yol hərəkətinin təhlükəsizliyinə dair beşillik dövlət proqramı imzalanıb. Sözügedən proqramda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin stimullaşdırılması və təşkil edilməsi də var idi”.
Ekspert qeyd edib ki, elektrik mühərrikli avtomobillər üçün müəyyən məntəqələrin fəaliyyət göstərməsi vacibdir:
“Elektrik mühərrikli taksiləri dövlətimiz elektrik enerjisi ilə təmin edəcək, amma bəzi insanlar bu cür avtomobilləri almağa tərəddüd edirlər. Bu da Azərbaycan ərazisində elektrik doldurma məntəqələrinin yalnız Bakıda olmasıyla əlaqəlidir. Bəzi ölkələrdə marketlərin qarşısında hazır akkumulyatorlara rast gəlmək mümkündür. Ümid edirik ki, bizdə də bu məsələ həllini tapacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












