Yeni yerüstü piyada keçidi inşa edilib - FOTO

Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığında) yerüstü piyada keçidi inşa edilib.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, Agentliyin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirilib, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisi həyata keçirilib.
Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb.
Keçid 3 dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi qurulub. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar inşa edilib.
Qeyd edək ki, sözügedən piyada keçidi Bakı şəhərində cari ildə inşa olunan sayca 4-cüsüdür. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada kieçidləri inşa edilib.





Namiq Musayev
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












